Böyük Britaniyanın Baş Naziri Boris Conson ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
20 dəqiqə davam edən söhbət zamanı İran–ABŞ münasibətləri, Yaxın Şərqdə yaranmış gərginliyin aradan qaldırılması yolları müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Rab ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ABŞ-İran böhranının diplomatik həllinə dəstək göstərməyə hazır olduqlarını bildirib(azərtac).