XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 23:19

Avropa İttifaqına miqrant axını azalıb- Rəqəmlər

Avropa İttifaqının “Frontex” sərhəd nəzarəti xidmətinin məlumatına əsasən, 2019-cu ildə Avropaya əvvəlki illərlə müqayisədə daha az miqrant üz tutub.

Keçən il Yunanıstanın güclü miqrant axını ilə (74 min nəfərlə) üzləşməsinə baxmayaraq, ümumi rəqəm əvvəlki illərdə olduğundan daha azdır.

Ötən il sərhədlərin qeyri-qanuni keçməsi 2018-ci illə müqayisədə 6 faizə, yəni, 139 min nəfərədək azalıb. Bu rəqəm 2015-ci ildəki göstəricidən 7,4 dəfə azdır. 2015-ci ildə 1 milyon 32 min 408 nəfər sərhədləri qeyri-qanuni yollarla keçib.

Miqrantlar əsasən Yunanıstan, Qərbi Balkan və Qərbi Avropa ölkələrinə üz tutublar. Lakin onların bəziləri deportasiya edilib(azərtac).