XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 23:58

Ərdoğanla Merkel arasında telefon danışığı olub- ABŞ-İran gərginliyini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyasının xəbərində deyilir.

Qeyd edilir ki, tərəflər ABŞ və İran arasındakı gərginliyi müzakirə ediblər. Danışıqlarda həmçinin Liviya və Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olub.

“Bizim prezidentimizlə Angela Merkel arasında telefon danışığı olub. Tərəflər danışıqların gedişatında regional problemləri, ilk növbədə ABŞ və İran arasındakı gərginliyi, Liviyada və Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli məsələləri müzakirə ediblər”, – deyə xəbərdə bildirilir.