XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 00:23

Tramp:“İrandakı təyyarə qəzası ilə bağlı şübhələrim var"

ABŞ prezidenti Donald Tramp bildirib ki, onda Tehran yaxınlığında “Boeing 737-800”ün qəzaya uğramasının səbəbi ilə bağlı şübhələr var.

“RİA Novosti” xəbər verir ki,  dövlət başçısı qeyd edib ki, kimsə səhv buraxa bilərdi.

“Mənim öz şübhələrim var. Mən bu haqda danışmaq istəmirəm, bir halda ki, başqa insanlarda oxşar şübhələr var. Bu faciədir. Amma kimsə səhv buraxa bilərdi. Təyyarə kifayət qədər sərt ərazidə uçuş edirdi”, – deyə Tramp jurnalistlərin sualına cavabında bildirib.

Onun fikrincə, qəzaya çətin ki, texniki nasazlıq səbəb olub.

Tramp eyni zamanda təyyarənin “qara qutuları”nın şifrəsinin açılmasını gözləməyə çağırıb. ABŞ prezidenti İran hakimiyyətinin onları “Boeing” şirkətinə verəcəyinə ümidini ifadə edib/Report.