XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 09:21

Britaniyanın İcmalar Palatası Brexit sazişini təsdiqlədi

İngiltərə Parlamentinin İcmalar Palatası Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxmasına dair razılaşmanı təsdiqləyib.

Trend-in məlumatına görə, qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənərsə, İngiltərə yanvarın 31-də Aİ-ni tərk edəcəkdir.

330 deputat razılaşmanın lehinə, 321 əleyhinə səs verib. Sənəd baxılması üçün yuxarı palataya təqdim olunub, bundan sonra kraliçanın razılığı alınmalıdır.

Brexit-dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək keçid dövrü başlayacaq.