XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 10:12

Trampın impiçmenti ilə bağlı sənəd tez bir zamanda Senata göndəriləcək –Pelosi 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı işi “çox güman ki, tezliklə” Senata göndərəcəyini bildirib.

“RİA Novosti” xəbər verir ki, o bunu jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz ağıllı davranmalı və strateji düşünməliyik”, – deyə Pelosi əlavə edib.

Onun sözlərinə görə, impiçment sənədləri Senata “yəqin ki, tezliklə” göndəriləcək.

Respublikaçılar partiyasının Senatdakı lideri Mitç Makkonnell bundan əvvəl Nümayəndələr Palatasındakı demokratlardan Donald Trampın impiçmenti ilə bağlı iddianın rəsmi olaraq Senata təhvil verilməsini tələb etmişdi. (apa)