XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2020 - 10:45

Konqresin İranla bağlı qətnaməsi səhv addımdır –Ağ Ev

ABŞ Nümayəndələr Palatasının prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

“TASS” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, “ABŞ Prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir”.

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb. (apa)