XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 11:58

Almaniya İraqdakı missiyasını davam etdirmək istəyir –Müdafiə naziri

Almaniya xarici qoşunları ölkədən çıxarılması ilə bağlı İraq parlamentinin qəbul etdiyi qərarına baxmayaraq, öz silahlı qüvvələrinin Erbildəki missiyasını davam etdirməyi düşünür.

“TASS” xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer ötən gün Berlində parlamentin müdafiə komitəsinin iclasından sonra verdiyi açıqlamasında bildirib.

“Bu missiyanı davam etdirmək istəyirik, ancaq bizə də aydındır ki, bunu yalnız İraq hökumətinin razılığı olduqda edə bilərik”, – nazir belə deyib.

Onun sözlərinə görə, Bağdadda hökumət indi parlamentin qərarı ilə necə davranacağını müzakirə edir. Kramp-Karrenbauer onu da əlavə edib ki, iraqlı həmkarı ilə bununla bağlı telefon söhbəti də edib.

Nazir qeyd edib ki, Almaniya Silahlı Qüvvələrinin 100-dən çox hərbi mütəxəssisindən 26-sı İraqdan çıxarılıb, “qalanları isə Erbildə qalıb”. (apa)