XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 12:41

Qara dənizdə tankerlə balıqçı gəmisi toqquşub –3 nəfər itkin düşüb

Qara dənizin Türkiyə sahillərində Rusiyanın “GLARD 2” tankeri ilə balıqçı gəmisi toqquşub.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, qəza nəticəsində balıqçı gəmisi batıb.

Gəmidə olan 6 nəfərdən 3-ü xilas edilib, digər 3 nəfər isə itkin düşüb.

İtkin düşən şəxslərin axtarışı davam etdirilir.