XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 18:55

Xavi “Barselona”nın baş məşqçisi ola bilər –KİV

“Barselona”nın sabiq futbolçusu Xavi Ernandes komandanın yeni baş məşqçisi ola bilər.

“Rac1” xəbər verir ki, Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau və klubun idman direktoru Erik Abidal 40 yaşlı mütəxəssislə görüşüblər. Onlar Xavinin yaxın gələcəkdə Ernesto Valverdenin yerinə “Barselona”nın baş məşqçisi postuna təyin olunmasını müzakirə ediblər.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi İspaniya klubunda 700-dən çox matçda iştirak edib. O 2019-cu ilin mayından Səudiyyə Ərəbistanının “Əl Sadd” komandasının baş məşqçisidir. (Report)