XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 21:59

“Lufthansa” və “Austrian Airlines” Tehrana uçuşları dayandırıb- Bu tarixədək

Almaniyanın “Lufthansa” aviakompaniyası təhlükəsizlik səbəbindən yanvarın 20-dək Tehrana uçuşları dayandırmaq qərarına gəlib.

Bu barədə kompaniyanın yanvarın 10-da yayılmış bəyanatında bildirilir.

“Lufthansa” Tehrana uçuşları Frankfurt-Mayn şəhərindən həyata keçirirdi. Kompaniya Ukrayna təyyarəsinin qəzaya uğraması barədə xəbərdən sonra İranın paytaxtına uçan təyyarəsini geri çağırıb.

“Austrian Airlines” aviakompaniyası da Vyanadan Tehrana uçuşları yanvarın 20-nə qədər ləğv etdiyini bildirib.

Avstriyanın Xarici İşlər Nazirliyi yanvarın 6-da Bağdaddakı səfirliyini bağlamış, vətəndaşlarına İraqa getməməyi tövsiyə etmiş, yanvarın 8-də isə vacib olmadığı təqdirdə İrana səfər etməməyə çağırmışdı.

Regionda vəziyyət yanvarın 3-də Amerikanın İraq ərazisinə endirdiyi raket zərbələrindən sonra gərginləşib. Yanvarın 8-də gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi bazalarını atəşə tutub. Həmin gün səhər isə Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəza zamanı Ukraynaya məxsus təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Təhqiqatın nəzərdən keçirdiyi versiyalar arasında təyyarənin səhvən İranın “yer-hava” tipli raketi ilə vurulması ehtimalı da var(azərtac).