XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 22:12

Türkiyədə bir milyondan çox qanunsuz miqrant saxlanılıb- Beş il ərzində

Beş il ərzində Türkiyədə 1 milyon 219 min qanunsuz miqrant saxlanılıb. Onlardan 454 min 662 nəfəri 2019-cu ildə ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən il saxlanılan qanunsuz miqrantların 201 min 437-si Əfqanıstan, 71 min 645-i Pakistan, 55 min 236-sı Suriya vətəndaşıdır. Həmin dövrdə ölkəyə qanunsuz yollarla daxil olan və Türkiyə ərazisini tərk etməyə çalışan əcnəbi vətəndaşlara kömək etməkdə təqsirli bilinən 8 min 996 nəfər saxlanılıb. Bu rəqəm beş il ərzində 27 min 700 nəfər təşkil edib.

Üç qitənin kəsişməsində yer alan Türkiyə ətraf ölkələrdə yaşanan problemlərlə əlaqədar qanunsuz miqrasiyanın əsas istiqamətlərindən birini təşkil edir. Ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün genişmiqyaslı tədbirlər fasiləsiz davam etdirilir.