“Türkmənistan Hava Yolları” Açıq Səhmdar Cəmiyyəti mülki uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə İran hava məkanından istifadəni müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Bununla əlaqədar “Türkmənistan Hava Yolları” ASC yanvarın 10-dan etibarən Aşqabad–Abu-Dabi- Aşqabad, 13-dən isə Aşqabad-Dubay-Aşqabad aviareysi üzrə beynəlxalq uçuşları müvəqqəti olaraq dayandırıb.
Bundan başqa, şirkət yanvarın 2-dən etibarən Ciddə şəhərinə və Malayziyanın paytaxtı Kuala Lumpura müntəzəm uçuşlara başlayıb.
Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bir çox aviaşirkət İran hava məkanında uçuşları dayandırdıqlarını açıqlayıb(azərtac).