Norveç hökuməti 2020-ci il ərzində hazırda Rumıniyada olan 200 qaçqını və indi Ruandada olan 600 qaçqını qəbul etməyə razılıq verib.
Norveçin Ədliyyə və İctimai Təhlükəsizlik naziri Yoran Kallmirin sözlərinə görə, ümumilikdə 800 qaçqından söhbət gedir. BMT həmin qaçqınlardan 200 nəfərini Rumıniyaya təxliyə edib, daha 600 qaçqın Ruandada qaçqın düşərgələrində saxlanılır.
Qəbul edilmiş qərara əsasən, bu 800 nəfər Norveçə dörd reyslə gətiriləcək. Yoran Kallmir bildirib ki, Norveç qaçqınları bütöv ailələr şəklində qəbul edir. Bu, sonradan ailələrin birləşməsi problemindən yaxa qurtarmağa imkan verəcək.
Bu 800 nəfər Norveçin qəbul etməyi öhdəsinə götürdüyü qaçqınların ümumi sayının hamısı deyil. Krallıq bu il BMT-nin kvotası üzrə 3000 qaçqın qəbul etməyə razılıq verib. Onların arasında Livandan 600 suriyalı, İordaniyadan 200 suriyalı, Efiopiyadan 350 konqolu, cənubi sudanlı, yəmənli və somalili, Keniyadan 150 konqolu, cənubi sudanlı və somalili, Uqandadan 750 konqolu və cənubi sudanlı qaçqın var. Bundan əlavə, BMT-nin kvotası üzrə Norveçin qəbul edəcəyi qaçqınlar üçün daha bir neçə yer qalır(azərtac).