XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 16:06

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İbrahim Kalınla görüşüb- Müzakirə+FOTO

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri İstanbulda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb. 

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadla verdiyi xəbərə görə, heyətlərarası görüşdə Suriya mövzusu başda olmaqla bölgədəki vəziyyət müzakirə edilib. 

Görüşdə ötən ilin oktyabrın 17-də tərəflər arasında qəbul edilən razılaşma əsasında təhlükəsiz bölgənin yaradılması, suriyalıların könüllü qayıdışının təmin olunması, İdlibdəki münaqişələrin artması ilə əlaqədar köç dalğasının intensivləşməsi ilə bağlı diplomatik əlaqələrin güclənməsi, Suriyada ədalətli və demokratik seçkinin keçirilməsi mövzusunda beynəlxalq təşkilatların dəstək verməsi bir daha müzakirə olunub. 

Görüşdə bölgədə artan gərginlik və radikallaşmadan Türkiyənin narahatlığı ifadə olunub.

Mətbuata qapalı olan 1 saat 25 dəqiqəlik görüşdə həmçinin İran və ABŞ arasında yaşanan böhran da müzakirə edilib.