Fransada hökumət və həmkarlar təşkilatları arasında pensiya islahatları ilə bağlı dünən keçirilən görüş yenə nəticəsiz bitib. Tərəflər pensiya yaşı ilə bağlı kompromisə gələ bilməyiblər.
Yeni pensiya islahatlarına dair təkliflərlə bağlı hökumətin razılığa gəlmədiyini görən CGT, FO, CFE-CGC, FSU, Həmrəylik kimi böyük həmkarlar ittifaqları təşkilatları kütləvi səfərbərliyə çağırış edib və nümayişə çıxıblar.
Ölkədə bələdiyyə seçkilərinə hazırlıq getdiyindən namizədlər yaranmış vəziyyətdən şikayətlənirlər. Onlar insanların yalnız pensiya islahatları haqqında düşündüyünü, seçki kampaniyası çərçivəsində sualların əksəriyyətinin pensiya ilə bağlı olduğunu bildirir, medianın diqqətinin yalnız tətil və nümayişlərə cəmləşməsindən narahatlıqlarını ifadə edirlər(azərtac).