XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 09:40

İranda vurulan təyyarənin “qara qutu”larının oxunması Ukraynada aparılacaq –Açıqlama

İranda raketlə vurulan Boeing” təyyarəsinin “qara qutu”larının deşifrə edilməsi işləri Ukraynada aparılacaq.

Bu barədə Fransa Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqatı və Təhlili Bürosunun “Twitter” səhifəsində yerləşdirilən mesajda deyilir.

“Bizim büro “qara qutu”ların açılması üzrə texniki işdə iştirakını təsdiqləyir”, – deyən təşkilat nümayəndəsi bu işin Ukraynada icra olunacağını bildirib.

Mütəxəssislərin fikrincə, “istintaqın necə gedəcəyi barədə məlumatlara İran Mülki Aviasiya Təşkilatı məsuliyyət daşıyacaq”. /APA