XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 10:12

İran XİN-dən ABŞ-ın yeni sanksiyaları ilə bağlı açıqlama:"Mənasız hərəkətləri davam etdirirlər"

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qanunsuz və mənasızdır.

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib.

“Təəssüf ki, amerikalılar birtərəfli, qanunsuz və mənasız hərəkətləri davam etdirir”, – deyə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Musəvi, eyni zamanda, “ABŞ-ın İran şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi yeni sanksiyaları sərt şəkildə pisləyib”.

ABŞ cümə günü İran qüvvələrinin ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar yeni sanksiyalar tətbiq edib. Sanksiyalar İranın 17 dağ-mədən və metallurgiya şirkətinə, eləcə də onlarla əməkdaşlıq edən xarici gəmilərə şamil edilib. Bundan əlavə, İranın 8 yüksək vəzifəli məmuruna qarşı da məhdudiyyətlər tətbiq edilib. /Apa