XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 12:46

Hindistanda matəm elan edilib –Oman sultanının ölümü ilə bağlı

Hindistan hakimiyyəti Oman sultanı Qabus bun Səidin vəfatı ilə bağlı bazar ertəsi günü ölkə ərazisində ümummilli matəm elan edib.

Bu barədə Hindistanın Dаxili İşlər Nаzirliyinin nümayəndəsi bildirib.

“Əlahəzrət sultan Qabus bin Səid Al Səud 2020-ci il yanvarın 10-da ölüb. Yüksək vəzifəli mərhum şəxsə hörmət əlaməti olaraq Hindistan hökuməti qərar qəbul etdi ki, 13.01.20 tarixində bütün Hindistanda birgünlük milli matəm elan edilsin”, – nazirliyin nümayəndəsinin xəbərində (mesajında) deyilir.

Bu münasibətlə Hindistanın dövlət bayraqları endiriləcək. Daxili İşlər Nazirliyində həmçinin qeyd ediblər ki, bazar ertəsi ölkədə əyləncə xarakterli rəsmi tədbirlər olmayacaq. /Report