XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 13:11

Liviyada atəşkəs elan olunub –Bəyanat

Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: “Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib”.

Qeyd edək ki, daha əvvəl feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu da döyüşlərin dayandırılmasına razı olduğunu bildirmişdi. /Trend