XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 17:51

İraqda növbəti etiraz aksiyası:xəsarət alanlar var

İraqda yenidən Konstitusiyaya dəyişiklik və hökumətin istefası tələbi ilə aksiya keçirilib.

APA-nın “As-Sumariya” telekanalına istinadən verdiyi məlumata görə, Vasit əyalətində Vasit Universiteti yaxınlığında tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 48-i polis olmaqla, 60 nəfər xəsarət alıb.

Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar keçən ilin oktyabr ayından başlayıb. Aksiya iştirakçıları yolları, Dəcdə çayı uzərindən keçən körpünü bağlayır, tətil elan edir.

Adel Abdel Mehdi noyabr ayında Baş Nazir postundan istefa verib, amma müvəqqəti hökumətə başçılıq edir. Prezident Bəhram Salehi artıq iki dəfə yeni baş nazir təyinatını təxirə salıb. /APA