XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 21:50

Tramp İran hakimiyyətini “etirazçıları öldürməməyə” çağırıb

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyini etiraz aksiyalarının iştirakçılarının “qətlini dayandırmağa”, ölkənin internetini bərpa etməyə və KİV nümayəndələrinə ölkə üzrə sərbəst hərəkət etməyə icazə verməyə çağırıb.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki hesabında yazıb.

“İran rəhbərlərinə – etiraz edənləri öldürməyin. Siz artıq öldürdünüz və minlərlə (insana-red) həbsxanalara saldınız, dünya baxır. Daha əhəmiyyətlidir, ABŞ baxır. (Ölkə üzrə) İnterneti qoşun və jurnalistlərə azad hərəkət etməyə icazə verin! Siz çox gözəl İran xalqınızın qətlini dayandırın!” – deyə Tramp özünün “Twitter”dəki hesabında yazıb.

Şənbə günü Tramp özünün “Twitte”dəki mikrobloqunda fars dilində yazaraq İranda etiraz edənləri dəstəkləyib. ABŞ prezidentinin fikrincə, İran hakimiyyəti ölkədə etiraz yerlərindən “hüquq müdafiəsi qruplarına faktları izləməyə və bildirməyə icazə verməlidir”. (report)