XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 22:04

İraqda ABŞ həbçilərinin olduğu baza atəşə tutulub –Xəsarət alanlar var

İraqda ABŞ həbçilərinin yerləşdirildiyi “Balad” bazası atəşə tutulub.

Bu barədə RİA “Novosti” hərbi mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, İraqın şimalındakı Salah-ed-Din vilayətində yerləşən bazanın atəşə tutulması nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.

“Naməlum istiqamətdən Salah-ed-Din vilayətindəki “Balad” bazasına “Katyuşa”nın beş reaktiv mərminin düşməsi İraqın Hərbi Hava Qüvvələrinin dörd hərbi qulluqçusunun yaralanmasına gətirib çıxardı. Onların arasında iki zabit var”, – deyə mənbə qeyd edib.

Qeyd edək ki, son günlər baza son günlər 3-cü dəfədir atəşə məruz qalır. Bir neçə gün əvvəl də “Balad” aviabazası yaxınlığında raket düşüb. (report)