XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 22:17

Liviyanın şərqindəki parlament Misirə müraciət edə bilər –Hərbi yardım üçün

Liviyanın şərqində yerləşən və Xəlifə Haftarın rəhbəri olduğu Liviya Milli Ordusu ilə əməkdaşlıq edən parlament hərbi yardım üçün Misirə müraciət edə bilər.

Bunu bu gün parlamentin spikeri Akilya Saleh Misir parlamentində çıxışı zamanı bildirib.

Saleh xarici müdaxilə olacağı halda belə bir müraciət edə biləcəklərini vurğulayıb: “Hamını cəsarətli mövqe tutmağa çağırıram”.

Eyni zamanda bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracı qəbul edib. Görüş 2 saat 30 dəqiqə davam edib. Görüş Liviyada bu gündən elan edilən atəşkəs fonunda keçirilib. 

Qeyd edək ki, Türkiyə Fayez Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti ilə hərbi yardım haqqında müqavilə imzalayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 12 yanvar gecə saat 00.00 radələrindən isə Liviyada tərəflər atəşkəs elan edib. /APA