XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2020 - 22:58

İranda təbii fəlakət –3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İranda güclü yağıntılar və daşqınlar nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Mustaba Xaledi deyib.

O bildirib ki, Sistan və Bəluçestan, eləcə də Hörmüzqan vilayətlərində 2 nəfər daşqınlarda boğulub. Bir nəfər isə Hörmüzqan vilayətində uçqunlar altında qalaraq həyatını itirib.

Qeyd edək ki, son günlər İranın bir sıra vilayətində güclü qar və yağış yağması nəticəsində bir sıra yollar, mənzillər və infrastrukturlara ciddi şəkildə ziyan dəyib.

Ötən 5 gündə İranın 26 vilayətində 12 872 nəfərə yardım edilib, 3132 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Sel və daşqınalr Sistan və Bəluçistan əyalətində 500 kəndlə əlaqəni kəsib, 20 mindən çox evə, 230 kəndin su və elektrik şəbəkəsinə ziyan vurub. (apa)