XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 09:00

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək –Robert O'Brayen

ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen deyib.

R.O’Brayenin sözlərin görə, D.Trampın administrasiyası “heç bir vəziyyətdə bunun baş verməyəcəyini” açıq şəkildə bildirib: “Bizimlə danışıqlar aparmaq istəsəniz, sadəcə danışıqlar imtiyazı üçün əvvəlcə bir şeydən imtina etməlisiniz”.

ABŞ prezidentinin müşaviri qeyd edib ki, bizə danışıqlar lazım deyil: “Bizim iqtisadiyyatımız fantastikdir… Məhz iranlılara bizimlə danışıqlar lazımdır. Niyə biz birinci nədənsə imtina etməliyik?”.