XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 17:13

Mərkəzi və Şərqi Avropada ÜDM-in artım tempi yavaşlayacaq –"Moody’s"

Bu il Mərkəzi və Şərqi Avropada ÜDM-in artım tempi 2019-cu ildə qeydə alınan 3,8%-dən 3,3%-dək enəcək.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə dərc etdiyi proqnozda deyilir.

Xarici məhdudiyyətlər və bu il üçün suveren kredit qabiliyyətinin neqativ proqnozlaşdırılması iqtisadı artımın yavaşlayacağına dair gözləntiyə zəmin yaradıb.

Öz növbəsində, “Moody’s”suveren kredit qabiliyyətinin neqativ proqnozunun əsas səbəbi kimi sözügedən regionun iqtisadiyyatının pisləşən qlobal mühitə həssaslığını və daim daxili təzyiqlərlə üzləşməsini göstərir. (apa)