XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 20:54

“Sarac sənədi imzalayıb, Haftar sabaha kimi vaxt istəyib” –Lavrov

Moskvada keçirilən Liviya danışıqlarında inkişafa nail olunub.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Liviya münaqişəsinin nizamlanmasına dair danışıqların yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Rusiya və Türkiyənin XİN və MN rəhbərləri Liviya tərəfi ilə görüşdə bu ölkədəki münaqişənin nizamlanması ilə bağlı sənədə baxıblar. Sarrac və Liviya parlamentinin nümayəndələri nizamlanma ilə bağlı sənədi imzalayıblar. Haftar isə sabaha kimi vaxt istəyib”, – deyə Lavrov qeyd edib. (apa)