XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 21:11

“Liviyada atəşkəsin mümkün şərtlərini özündə ehtiva edən bir mətn hazırladıq” –Mövlud Çavuşoğlu

“Liviyada atəşkəsin mümkün şərtlərini özündə ehtiva edən bir mətn hazırladıq. Rusiya tərəfi bizə bildirdi ki, bu razılaşma ilə bağlı Haftar sabaha qədər vaxt istəyib”.

Moskvada səfərdə olan Türkiyənin XİN və MN rəhbərləri Rusiyadakı heyətlə görüşündən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu fikirləri bildirib.

Cavuşoğlu qeyd edib ki, sabah Haftar bu müqaviləni imzalayarsa, Rusiya və Türkiyə liderlərinin cağırışına uyğun olaraq, atəşkəsin davamı və siyasi mərhələ prosesinə Liviya mövzusunda Berlində keçiriləcək beynəlxalq konfransda baxılacaq.

Türkiyəli nazir bu istiqamətdə Rusiya ilə birgə əməkdaşlığın davam edəcəyini deyib. (apa)