Böyük Britaniyada baş verən “Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib, bərə xidmətləri sıradan çıxıb.
Bu səbəbdən Şimali İrlandiyada 5 min 400-ə yaxın ev elektrik enerjisiz qalıb, yollar bağlanıb və avtobus xidmətləri ləğv edilib.
Uelsdə elektrik xətləri üzərinə ağac düşməsindən sonra elektrik kəsilməsi nəticəsində bir məktəb bağlanıb.
Hidrometeorologiya Mərkəzindən belə hava şəraitinin 14 saatadək davam edəcəyi xəbərdarlığı olunub(azərtac).