XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2020 - 23:35

İran Kanadanın bütün nümayəndələrinə viza verib –Təyyarə qəzası ilə bağlı

İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında iştirak etməli və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün kanadalı mütəxəssislər və diplomatlar İran vizaları ilə təmin olunublar.

“TASS” agentliyi xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan özünün “Twitter” səhifəsində məlumat verib.

“Bütün vizalar alındı. Bütün mütəxəssislər və diplomatlar tam tərkibdə bir gün sonra Tehranda olacaqlar”, – nazir belə deyib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Castin Trüdo İran vizası alan Kanadanın ilk nümayəndələrinin Tehrana göndərildiyini açıqlamışdı/APA.