XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 10:17

BMT-dən İrana çağırış:"Təyyarə qəzasını hərtərəfli araşdırın"

BMT İranı Ukraynaya məxsus “Boeing” təyyarəsi ilə bağlı baş vermiş faciəni hərtərəfli araşdırmağa çağırıb.

Bu barədə BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

“İran rəsmilərin bu faciəli hadisə zamanı baş verənlərin hərtərəfli və şəffaf araşdırılmasını təmin etməsi vacibdir. Təhqiqat Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13 nömrəli Əlavəsinə uyğun olaraq, faciənin təsir etdiyi müvafiq dövlətlərin iştirakı ilə aparılmalıdır”, – Düjarrik belə deyib/APA.