XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 16:35

“Vurulan təyyarənin “Qara qutusu” Ukraynada araşdırılacaq” –Fransadan açıqlama

Fransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.

“RİA Novosti” xəbər verir ki, qurum nümayəndəsi “qara qutu” üzərində Ukraynada çalışacaqlarını, bütün hallarda bu işin Fransadan kənarda görüləcəyini qeyd edib.

Bundan əvvəl İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransaya göndərildiyini bildirmişdi/Report.