XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 00:08

Rusiya Dövlət Dumasının sədri İrana gedəcək- Rəsmi səfərə

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana səfər edəcək.

Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündən sonra bildirib.

O deyib ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin təşəbbüsü ilə Rusiya-İran parlament komissiyası yaradılıb. Komissiyanın ilk iclası bu yaxınlarda Tehranda baş tutacaq.

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla səmərəli görüş keçirdiyini vurğulayan diplomat qeyd edib ki, tərəflər iqtisadiyyat, turizm, təhlükəsizlik sahələrində və parlamentlər arasında əməkdaşlığı müzakirə ediblər.