XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 22:10

BMT Baş Assambleyası:"İqlim dəyişmələri bu ilin prioritetlərindən olacaq"

Sülh və təhlükəsizlik, aclığa qarşı mübarizə, təhsil, iqlim dəyişmələri, Dayanıqlı İnkişaf Hədəfləri. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande 74-cü sessiyanın sentyabrın əvvəllərinədək davam edəcək işinin prioritetlərindən danışıb.

Baş Assambleyanın sədrinin sözlərinə görə, iyunda Lissabonda okeanlara dair konfrans keçiriləcək, lakin artıq fevralda ona hazırlıq çərçivəsində BMT-də yeddi “interaktiv dialoq” olacaq. Dialoqların məqsədi Portuqaliya paytaxtında keçiriləcək konfransın yekunlarına dair qəbul edilməsi planlaşdırılan deklarasiyanın müddəalarını razılaşdırmaqdır. Biomüxtəliflik məsələlərinə dair Sammitə hazırlıq da irəlicədən – yanvarda başlayacaq. Baş Assambleyanın prezidenti iyunda səhralaşmaya və quraqlığa qarşı mübarizə məsələlərinə dair yüksək səviyyəli dialoq keçirəcək.