XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 23:44

Yəməndə naməlum şəxs məscidi atəşə tutub:5 nəfər ölüb, 11 nəfər yaralanıb

Çərşənbə axşamı Yəmənin cənubunda Abyan əyalətinin Lurd rayonundakı məsciddə naməlum şəxs ibadət edən insanlara atəş açıb. 

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Atəş nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Telekanalın xəbərinə görə, ölənlər arasında məscidin imamı və qatilin atası da var. Cinayətkarın əqli cəhətdən xəstə olduğu iddia edilir.

Yaranan təşvişdən sonra atəş açan şəxs hadisə yerindən qaçıb/APA.