XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 20:56

Ərdoğanla Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administarsiyası açıqlama yayıb.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, Liviyadakı mövcud vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.

Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Liviya ilə bağlı danışıqlar keçirilib. Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar, Tripoli hökuməti Fayez Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.