XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 12:28

“Baş Nazir vəzifəsində çalışmağa hazıram” –Mixail Mişustin

Bu gün Rusiya Dövlət Dumasında Baş Nazir postuna Mixail Mişustinin namizədliyinə baxılacaq.

Məlumata görə, artıq Dumanın “Vahid Rusiya” fraksiyası ilə M. Mişustinin görüşü keçirilib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin və hökumət sədri postuna namizəd M. Mişustin “Vahid Rusiya” fraksiyasından olan deputatlarla, habelə Liberal Demokrat Partiyası fraksiyası ilə də görüşüblər.

Jurnalistlərə açıqlama verən M. Mişustin Baş Nazir vəzifəsində çalışmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, M. Mişustin Dumada təmsil olunan bütün fraksiyalarla görüşdən sonra Rusiya parlamentinin aşağı palatası onun hökumət sədri vəzifəsinə namizədliyinə baxacaq.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti istefa verib/APA.