XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 12:44

Rusiyanın Baş Naziri vəzifəsinə namizəd:"Nazirlər Kabinetinin yeni tərkibində dəyişikliklər olacaq"

Rusiyanın Baş Naziri vəzifəsinə namizəd Federal Vergi Xidmətirnin rəhbəri Mixail Mişustin yeni hökumətdə dəyişiklik planlaşdırdığını açıqlayıb.

Bu barədə o, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyası ilə görüşündə bildirib.

Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverovun dediyinə görə, Mixail Mişustin fraksiyalarla nazir vəzifələrinə namizədləri də müzakirə edəcəyini bildirib: “O, Nazirlər Kabinetinin yeni tərkibində dəyişikliklər olacağını söyləyib. Mişustin öz fəaliyyətinin əsas prioritet prinsipləri sırasında milli layihələr və rəqəmsal iqtisadiyyatın olduğunu açıqlayıb”. 

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsində Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq/APA.