XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 13:15

“ABŞ geri çəkilməyə məcbur olub” –Ruhani

İranın İraqda ABŞ-ın Eynül-Əsəd hərbi bazasına hücumdan sonra ABŞ geri çəkilməyə məcbur oldu.

Bunu İran prezidenti Həsən Ruhani İranın Mərkəzi Bankının 59-cu forumunda deyib. H.Ruhaninin sözlərinə görə, ABŞ-ın çox önəmli regional hərbi bazasını raketlə atəşə tuta biləcək çox az ölkə var.

Ruhani əlavə edib ki, İranın gecə ikən ABŞ-ın hərbi bazasına hücumu Pentaqonu 24 saat ərzində oyaq saxladı: “Bu da ABŞ-ı İranı hədələməkdən geri çəkilməyə məcbur etdi”.

İran prezidenti bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın reaksiya verdiyi halda, ABŞ-ın İranın 52 önəmli obyektini, o cümlədən mədəni və tarixi obyektini məhv edəcəyini bildirmişdi: “Lakin İranın hücumu onun bu danışıq ritorikasını dəyişdirdi”.

Qeyd edək ki, 3 yanvarda ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb. İran bu hücuma reaksiya olaraq 8 yanvarda İraqda ABŞ-ın hərbi bazasına raket hücumu həyata keçirib. /Trend.az