XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 15:37

Polşa ABŞ-dan 32 ədəd “F-35” alır –Müdafiə nazirindən açıqlama

Polşa yanvar ayının sonunadək “F-35” qırıcı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayacaq.

Bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşak deyib.

“Biz danışıqları prinsipcə demək olar ki başa çatdırmışıq. Yalnız kiçik prosedur məsələləri var. İnanıram ki, bu ay ABŞ-la 32 ədəd “F-35″ təyyarəsinin alınmasına dair müqavilə imzalayacağıq”, – deyə Müdafiə naziri bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Konqres Polşaya 6,5 milyard dollar məbləğində 32 ədəd ən son “F-35” hərbi təyyarəsinin satışını təsdiqləyib/APA.