Almaniyanın Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftərlə görüşəcək.
“LİBYAALAHRAR.TV”nin verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyi Hayko Maasın Xəlifə Haftarla görüşmək üçün Benqaziyə səfərə getdiyini bəyan edib.
Daha öncə Almaniya XİN başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Liviya münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür və Berlində keçiriləcək konfrans Liviya daxilində siyasi dialoqun başlamasına imkan yaradacaq.
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftər və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac bu sammitdə iştirak edəcəklərini bildiriblər/APA.