Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi ölüb, 13 nəfər yaralanıb.
“Sputnik” xəbər verir ki, Azad Suriya Ordusunun qərargahının qarşısında baş verən hadisədə ölənlər arasında iki nəfər türk zabiti və dörd nəfər FSA üzvü var.
Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.