XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 21:43

5 ölkə İrandan kompensasiya tələb edir –Təyyarənin vurulmasına görə

“İran Tehran yaxınlığında Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı hərtərəfli araşdırma aparmağa və ölən sərnişinlərin yaxınlarına kompensasiya ödəməyə borcludur”.

“RİA Novosti” xəbər verir ki, bu barədə qəzaya uğrayan təyyarədə sərnişinləri olan beş ölkənin birgə bəyanatında deyilir.

Qeyd edək ki, Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna Xarici işlər nazirləri Londonda görüşərək İran tərəfindən aparılan təhqiqatın gedişatını müzakirə ediblər.

Bildirilib ki, İran hərtərəfli, müstəqil və şəffaf beynəlxalq araşdırma aparmalıdır. Qeyd olunub ki, ölkələr İran hakimiyyətinin əməkdaşlığa hazır olmasını alqışlayır.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib/Report.