XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 23:17

Pentaqon rəsmisi:“ABŞ silahlı qüvvələri İraqı tərk etməyi planlaşdırmır"

“ABŞ silahlı qüvvələri İraqı tərk etməyi planlaşdırmır. Vaşinqton Bağdadla ABŞ qoşunlarının bu Yaxın Şərq ölkəsində olması ilə bağlı danışıqlar aparır. Hələ də suveren və firavan İraqın dostu və ortağı olmaq istəyirik”. 

TASS xəbər verir ki, bunu cümə axşamı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Hoffman əlavə edib ki, məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır.

İraqdakı iki əraziyə raket zərbələrinin endirildiyini xatırladan Pentaqon rəsmisi bildirib ki, ABŞ ordusunun olduqca təsirli erkən aşkarlama sistemi var: “Bu sistem sayəsində hücum zamanı xəsarət alan və ya ölən olmadı”.

Jurnalistlər Hoffmandan ABŞ-ın İraqdakı antiterror əməliyyatlarını, İraq qoşunlarının təlimlərini bərpa edib-etməməyini soruşduqda cavab belə olub: “İraqda qoşunların hazırlanması ilə bağlı yeni bir məlumata sahib deyiləm”. 

APA