XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2020 - 09:00

İraqda ABŞ bazaları bombalanıb –11 hərbçi yaralanıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Bu həftə onlar (Yaralılar – red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.

Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi. (Report)