XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2020 - 13:39

“Qazprom” Almaniyadan Avropa bazarına çıxışı məhdudlaşdırmamağı xahiş edib

“Qazprom”un törəmə şirkətləri olan “Nord Stream AG” (“Şimal Axını”) və “Nord Stream 2 AG” (“Şimal Axını-2”) Almaniyanın Federal Şəbəkə Agentliyinə (BNetzA) müraciət edərək, onları Avropa İttifaqının yenilənmiş qaz direktivinin təsirindən çıxarılmasını xahiş edib.

Operatorlar müraciətlərdə qeyd ediblər ki, əgər söhbət Almaniyada investorların qorunmasından gedirsə, Avropa qaydalarında istisna etmək mümkündür.

Qeyd edək ki, ötən ilin dekabrın 12-dən qüvvəyə minən dəyişikliklərə əsasən, üçüncü enerji paketinin normaları “Şimal Axını-2” qaz kəmərinin Almaniya sahillərindən 12 dəniz mili hissəsinə (sonuncu hissəsi) qarşı tətbiq olunacaq.

Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. (apa)