XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 21:31

İran və Kanadanın XİN rəhbərləri Omanda təyyarə faciəsini müzakirə ediblər

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Omanın paytaxtı Maskatda kanada həmkarı Fransua-Filipp Şampanla danışıqlar aparıb.

Bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

“Zərif və Şampan cümə axşamı Maskatda Kanada tərəfinin təşəbbüsü ilə danışıqlar aparıblar. Nazirlər Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı veriblər və iki ölkə arasında texniki, hüquqi və konsulluq sahələrində əməkdaşlığı müzakirə ediblər”, – məlumatda belə deyilir.

Qeyd olunur ki, “tərəflər bu məsələ ilə bağlı iki ölkə nazirliklərinin ekspert qruplarının qarşılıqlı fəaliyyətini davam etdirmək, gələcəkdə bu məsələ ilə əlaqədar ikinci iclas keçirmək barədə razılığa gəliblər”.

Bundan əvvəl Kanadanın “CBC” telekanalı bir mənbəyə istinadən bildirmişdi ki, iki nazir arasındakı danışıqların məqsədi Kanada vətəndaşlarının ölümü ilə nəticələnən Tehran yaxınlığındakı təyyarə qəzası ətrafında vəziyyəti müzakirə etmək idi. (apa)