XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 22:16

ABŞ İran generalına sanksiya tətbiq edib

ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edib.

TASS xəbər verir ki, buna səbəb generalın İranda etirazların qarşısını kobud şəkildə almasıdır.

ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi elçisi Brayan Huk keçirdiyi brifinq zamanı bildirib ki, bu gün ABŞ etirazçıların hüquqlarını kobudluqla pozmaqda təqsirkar olan SEPAH-ın generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edir: “O, 2019-cu ilin noyabr ayında 146 dinc iranlının ölümünə məsuliyyət daşıyır. Bizim hərəkətlərimiz İran vətəndaşlarından aldığımız məlumatlar sayəsində mümkün olub. İranlılardan 88 mindən artıq bu barədə məlumat almışıq”.