XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 22:59

Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib –"Hökumətinizə daha bir şans vermək qərarına gəldim"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Aleksey Qonçarukun istefa ərizəsi ilə bağlı müraciətinə cavab olaraq, ona və hökumətə daha bir şans verməyə hazır olduğunu deyib.

“TASS” xəbər verir ki, Zelenski bu barədə Qonçaruku qəbul edərkən bildirib.

“Bu gün sizdən istefa məktubu aldım. Bilirsiniz, sizə və sizin hökumətinizə daha bir şans vermək qərarına gəldim”, – deyə Prezident qeyd edib.

Zelenski kabinetdə dəyişikliklərin ola biləcəyini də istisna etməyib: “Sizin onlara təklif etdiyiniz bu və ya digər maaş müqabilində işləyə bilməyən nazirlərdən hansısa biri ilə vidalaşmaq bizim üçün, yəqin ki, çətin olacaq. Onlarla vidalaşmaq çətin olsa belə, vidalaşmalı olacağıq”.

Ukrayna Prezidenti parlamentə təqdim etmək üçün Baş Nazirdən fevralın 4-dək görüləcək işlər barədə hesabat hazırlamağı da tapşırıb. (apa)